Valideyn iclası

Aprelin 27-də məktəbdə valideyn iclası keçirildi. Geniş valideyn iştirakı ilə keçirilən bu iclasda sinif rəhbərləri tədrisdə şagirdlərin nəaliyyətləri, valideyn-şagird, şagird-məktəb münasibətləri haqda valideynlərə məlumat verdilər. Daha sonra valideynlərin övladlarının sağlam, mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində videoçarxlar nümayiş etdirildi.