Sinif rəhbərlərinin növbəti seminarı keçirildi

23 apreldə məktəbin 1-11 siniflər üzrə sinif rəhbərlərinin seminarı keçirildi. Seminarda məktəbin direktoru N.M.Gündüzlü məktəbdə sağlam, mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə psixoloji kollektivlə yanaşı valideyn məsuliyyətinin artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətindən geniş şəkildə danışdı.