Bacarıqlı müəllimlər

28 Aprel tarixdə Təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutunda bir qrup müəllimin iştirakı ilə ənənəvi “Refleksiv müəllim” seminarı keçirilib.Seminarda məktəbin coğrafiya müəllimi Nurlana Mamedovanın təqdimatı olmuşdur.Layihənin məqsədinə uyğun olaraq seminar iştirakçıları-eyni fənni tədris edən müəllimlər əvvəlcə dərs icmalını müzakirə etdilər,təqdimatın mövzusu ətrafında sual,təklif və şərhlərini verdilər.Daha sonra bu təkliflər əsasında dərsin daha təkmil və səmərəli icmalı hazırlandı.

 

Qeyd edək ki,ayda 1 dəfə keçirilən “Refleksiv müəllim” seminarının məqsədi müəllimlərdə pedaqoji reflekiya bacarıqlarını formalaşdırmaq,istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz,”İdeal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək,ümumilikdə,dərslərin daha səmərəli planlaşdırılması,keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi