"Elm günü" ilə əlaqədar ekskursiya

Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verir. Həmin günlə əlaqədar martın 28-də məktəbin 1 qrup şagirdi Mərkəzi Nəbatat Bağına ekskursiya etdilər. Bələdçi tərəfindən Mərkəzi Nəbatat Bağı haqqında ətraflı məlumat verildi və şagirdlərin Nəbatat bağı haqqında bilikləri daha da artırıldı.