Xocalı faciəsinə həsr edilmış açıq dərslər

Fevralın 26 – da Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə ilk dərslər “Xocalı soyqrımı” na həsr olundu.İlk öncə dərslərdə şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edildi.Müəllimlər 27 il bundan əvvəl xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıb, Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşdülər.Dərslərdə şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətləridən danışıb, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildirdilər.