Mənim həyat uğurum

19 fevral 2019-cu il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə şagirdlərdə müəyyən bacarıqların formalaşması, biliklərin əldə edilməsi, fənlərə qarşı maraq oyatmaq, peşə yönümü istiqamətində profilaktik işlər aparmaq, müəyyən sahələrdə uğur qazanmış insanlarla şagirdləri görüşdürüb,onların həyat təcrübəsindən örnək götürmək, şagirdlər arasında fikir mübadiləsi aparmaq məqsədilə “Mənim həyat uğurum”  adlı görüşlərin ardı olaraq  növbəti qonaq Mərkəzi Klinik Xəstəxananın baş kardioloqu Orxan Musayev oldu. Texniki təmayüllü sinif şagirdləri ilə görüşdə kardioloq “  Uşaqlarda ürək xəstəliy və onun profilaktikası ”  və “Azərbaycanda ilk dəfə baş verən ürək köçürməsi” haqda danışdı. Görüşün 2-ci hissəsində kardioloq uşaqların suallarını cavablandıraraq, maraqlı diskussiya keçirdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi