Zərərli vərdişlərə son

Bildiyimiz kimi zərərli vərdişlərdən qorunmağın yeganə yolu profilaktikadır.  Bununla əlaqədar 13 fevral 2019-cu il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə 9-10-cu sinif şagirdləri ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Yol hərəkəti təhlükəsizliyi”, “Polis uşaqların gözü ilə” başlığı altında maarifləndirici görüş keçirildi. Görüşün iştirakçıları – Nəsimi rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki  işin təşkili bölməsinin rəisi, polis mayoru Firdovsi Əsədli, baş inspektor, polis kapitanı Faiq Sayadlı, inspektorlar, polis baş leytenantı Cavidan İlyasov və polis kapitanı Cəlil Əliyev, 19-cu Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru, polis kapitanı Əhməd Zeynalov, Bakı şəhəri narkoloji dispanserin həkim narkoloqu Fəridə Quliyeva mövzularla bağlı geniş şəkildə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi