Qərbi Kaspi Universitetinin əməkdaşları qonağımızdır

4 fevral 2019-cu il tarixdə Qərbi Kaspi Universitetinin əməkdaşları Qurbanlı Pərviz, Yusifli İlham Bakı şəhəri 5 nömrəli tam orta məktəbin qonaqları olmuş və 10-11- ci sinf şagirdləri ilə düzgün ixtisas seçimi istiqamətində profilaktik, maarifləndirici söhbətlər aparmışlar. Belə ki, onlar şagirdlərə gələcəkdə onların öz istedadlarına uyğun düzgün seçim aparmaq istiqamətində faydalı məsləhətlər, həmçinin onların imtahan öncəsi psixoloji gərginliyinin minimuma endirilməsi məqsədilə dərsdənkənar vaxtlarda təşkil olunması nəzərdə tutlan təlimlərə cəlb olunmaları haqda gərəkli məlumatlar vermiş, və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.