Olimpiyadaya gedən yol kütləvilikdən keçir

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə razılaşmaya əsasən Respublika Olimpiya Velosiped Məktəbinin təlimlərinin aparılma cədvəlinə uyğun olaraq 24 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Olimpiyadaya gedən yol kütləvilikdən keçir!” adlı təlim keçirildi. Təlim zamanı Respublika Olimpiada Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, direktor müavini Cavid Allahverdiyev, məşqçi Elçin Ağayev və idmançı Elfanə uşaqlar qarşısında çıxış edərək, idmanın insanın immun,ürək, qan-damar və sinir sisteminə olan müsbət təsirindən danışdılar. Onlar qeyd etdilər ki, şagirdin fiziki aktivliyi və stresə dayanaqlığının artmasında bu kimi idman növlərinin böyük rolu var. Təlimdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.