“Tanıyaq, bilək və örnək götürək”

Doğma Qarabağımızın hər daşı, qayası, hətta bir ovuc torpağı uğrunda da olüm-dirim savaşına qalxan oğullarımız bu millətin əsl qəhrəmanları, igid ərləri kimi ad qoydular. Onların hamısını eyni məqsəd, eyni amal birləşdirdi: Azərbaycan suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütövlüyü. Sözsüz ki, bu insanların hər birinin öz döyüş hünəri, öz tərcümeyi-halı var və onları tanıyıb, yad etmək bizim müqəddəs borcumuzdur.
Məhz bu məqsədlə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. 22-23 yanvar 2019-cu il tarixlərdə məktəbin fiziki hazırlıq müəllimlərinin təşkilatçılığı ilə azadlıq uğrunda şəhid olmuş Azərbaycan oğul və qızlarının əziz xatirəsinə hörmət əlaməti olaraq basketbol yarışı, “Tanıyaq, bilək və örnək götürək” başlığı altında xatirə dəqiqəsi , “Azadlıq mübarizləri” (5-11) ,”Şəhidlər ölməz ,vətən bölünməz” (3-4) adlı ədəbi bədii kompozisiyalar keçirildi.
Tədbir iştirakçıları şagirdlərin ifasında Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən şer və mahnıları, musiqi alətlərində duyğulu ifalarını dinləyib,qısa video filmlərə tamaşa edib,səhnəciklərlə birlikdə vətənpərvərlik mahnılarını oxudular.Tədbirlər bir daha sübut etdi ki, nəsillər dəyişəcək ,lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Tədbirin qonaqları Məmmədov Firudin Əfqan oğlu –( “Vətən müharibəsi əlilləri” İctimai Birliyinin sədr,i I qrup Qarabağ qazisi), İmranov Ramil İmran oğlu – ( “Vətən müharibəsi əlilləri” İctimai Birliyinin sədr müavin,i I qrup Qarabağ qazisi), Hacıyev Məhəmmədəli –( I qrup Qarabağ qazisi)şagirdlər qarşısında çıxış edərək,onları bir daha vətənpərvərlik ruhunda köklədilər.