“Daş dövrünə qayıdış”

Yanvarın 11-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Daş dövrünə qayıdış” adlı sərgi təşkil olundu. Sərginin əvvəlki illərdən fərqi daşlar vasitəsilə müxtəlif dekorativ tətbiqi sənət nümunələrinin  yaradılması idi.  Belə ki, kiçik çay daşlarından şagirdlər müxtəlif ponnolar yaradaraq, seyirciyə maraqlı təsvirlərə baxmağa imkan yaratdılar. Sözsüz ki, bu kimi nümunələr sərgiyə tamaşa edənlərin gözünü oxşayır və istedadlıq bacarığından xəbər verirdi. Sərginin təşkil olunmasında əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və yaradıcı düşüncə tərzinin formalaşdırılması,  onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi