Milli mənəvi dəyərlərimiz - sərvətimizdir.

9 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin dəstəyi ilə “Dəyərlərimiz –sərvətimiz, gələcəyimizdir” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə layihə əməkdaşları Xuraman Əsgərova, Günel Qandaxova  şagirdlərin milli-mənəvi dəyərlərə, xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli düzgün, inkişaf etmiş vətəndaş və şəxsiyyət kimi yetişməsində, cəmiyyətə dəstək olmaları haqqında geniş məlumat verdilər.  Şagirdlər mövzu ilə təqdimatları böyük həvəslə dinlədilər, və milli dəyərlərimizin nümunəsində ideal kişi və ideal qadın obrazlarını əks etdirən “ən yaxşı hekayə” və “ən yaxşı video çarx” müsabiqəsinə qoşulmaq üçün axtarışa yönəldildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi