İ.S.Turqenyev -200

Böyük rus ədibi İvan Serqeyeviç Turqenyevin anadan olmasından 200 il keçir.  Bu tarixlə bağlı Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə  “açıq dəsrlər” keçirildi.

 

Dərslərdə ədəbi-ictimai fikir tarixinə töhvələr vermiş İ.S.Turqenyevin həyat və fəaliyyətindən söz açılaraq, onun şəxsiyyəti və irsi barədə məlumat verilib.

 

Ədibin məhşur “Mumu” povesti nəinki bu əsərin tədris olunduğu orta məktəbin hər bir şagirdinə, həm də rus ədəbiyyatına az-çox bələd olan hər kəsə məlumdur. 200 illik yubileyi ərəfəsində ədibin bu povestinin necə yaranması haqqında bilgilər şagirdlərə ötürüldü. Şagirdlərə məlum oldu ki, İ.S.Turqenyevin “Mumu” povestində qələmə  aldığı əhvalat uydurma, yazıçı təxəyyülü məhsulu olmayıb, real həyatdan götürülüb. Belə ki, personajlar yazıçıya çox yaxın olan insanlar olub. Hətta öz anası Varvara Petrovna da onların sırasındadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi