Qalibimiz bəlli oldu

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfizadə adına Məktəblərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi, 31 dekbar- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı keçirilib. İlk olaraq olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Fərqləndirici haldır ki, belə möhtəşəm bir tədbirdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əliyev Əsgər Vüqar oğlu da mükafata layiq görüldü. Şagirdimizi təbrik edir və ona yeni uğurlar arzulayırıq.