Qış nağılı meşəsinə səyahət

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Qış nağılı meşəsinə səyahət” adlı Yeni il şənliklərinə start verildi. İlk dayanacaq 24 dekabr 2018-ci il tarixdə 2 ç sinif şagirdlərinin hazırladıqları “12 Ay Qardaşları”nın məskunlaşdığı meşə oldu. Şagirdlər bu “Dayanacaq”da rəngarəng səhnəciklər, rəqslər və ifaların şahidləri oldular.