Xarici dili bilirik,sevirik, öyrənirik

24 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə İngilis dilində “My English Songs” adlı musiqi festivalı keçirildi. 5-6 sinif şagirdləri ingilis dilində Yeni il bayramına həsr olunmuş rəngarəng mahnılar ifa edərək, bu dildə danışıq, estetik, artistik, yüksək mədəniyyət qabiliyyətlərini və səhnə bacarıqlarını nümayiş etdirdilər.
Festivalın aparıcısı rolunda olan məktəbin direktoru N.M.Gündüzlü öz aktivliyi ilə xüsusi ilə yadda qaldı.
Festival İngilis dili müəllimlərinə ünvanlanan gurultulu alqışlarla başa çatdı.