“Dağlar Günü” məktəbimizdə qeyd edildi

BMT-nin Baş Assambleyasının təçəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. Odur ki, Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdlərinin bu mövzu ilə bağlı təqdimatı keçirildi . Uşaqlara bəlli oldu ki, dağlar Yer kürəsinin 27 faizini təşkil edir.İqtisadi artımda böyük rola malikdirlər.
Şagirdlər təqdimatlarında qeyd etdilər ki,dünyada 720 milyon nəfərin rifahını təmin edən dağlar təmiz su, enerji, qida mənbəyidir.
Lakin iqlim dəyişkənliyi , meşəsizləşdirmə, təbii fəlakətlərdən dağlar da sığortalanmayıblar.
Sonda şagirdlər Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın təbiətindəki dağların rolundan danışdılar və “ balaca ekspeditorlar” rol alaraq dağ ətəyindəki söhbətin təsvirini yaratdılar.