Əbədiyaşar İnsan

Dekabrın 12-si xalqımızın ümummilli lideri,çoxəsrlik Azərbaycan tarxində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Bu günlər bütün təhsil ocaqlarında olduğu kimi Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə də Ulu Öndərin xatirəsi böyük ehtiram və hörmətlə yad edildi.Bu tarixi günlə bağlı məktəbin şagirdləri Fəxri xiyabanda dahi şəxsiyyətin məzarını ziyarət etdilər.Həmin gün “Böyük xilaskar” başlığı altında bütün siniflərdə “Açıq dərslər” keçirildi.Dərslərdə şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığına həsr etdirlinən video çarxlar nümayiş etdirildi. Daha sonra məktəbin tarix müəllimləri, Uşaq parlamentinin üzvlərinin təşkilatçılığı ilə “Əbədiyaşar insan” başlığı altında dəyirmi masa keçirildi,üzvlər Ulu Öndərin Azərbaycan dövlətinə bəxş etdiyi töhvələrdən danışıb,təqdimatlar etdilər.Keçirilən tədbirlər bir daha sübut etdi ki, dahilər ölməzdir,tarixdə qoyduqları izlər onları əbədi edir və Heydər Əliyevi Azərbaycan xalqı qəlbində yaşadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi