Maarifləndirici tədbir

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir.Son illərdə ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilməkdədir.Bu məqsədlə də 11 dekabr 2018 ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları tərəfindən məktəblilərin şəxsi gigiyena qaydalarına necə əməl etməyi və onların sağlamlığında rolu mövzusunda  görüş keçirildi.Görüşdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti İrana Makayeva, Nərmin Əliyeva uşaq və yeniyetmələrin sadə,gündəlik yerinə yetirilən gigiyenik prosedurların insanın sağlam olmasında, orqanizmin normal inkişafında böyük rolu haqqında danışdılar.Əməkdaşlar tədbirin sonunda iştirakçılara maarifləndirici sənədlər payladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi