Yarışlarımız davam edir

Hər il 10 dekabr Ümumdünya "futbol günü" kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatı qərarına əsasən təsis edilib. Bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul edilib. Sözsüz ki, məktəblərdə də şagirdlərin bu oyuna böyük marağı olmuşdur.
Məhz buna görə də qeyd edilən günlə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbin fiziki hazırlıq müəllimlərinin rəhbərliyi ilə 8-9-cu sinif şagirdlərindən ibarət komanda görüşü - futbol yarışı keçirildi.
Yarış 1:0 hesabla 8-ci sinif komandasının xeyrinə başa çatdı. Qalib komanda xüsusi diplomla təltif edildi.