Tahir Salahov 90

4 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli nümayəndəsi, xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş “Yaşanan acı xöşbəxt gələcəyin parlaq işığına mane ola bilməz” adı altında tədbir keçirildi. Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığı yaxından işıqlandırıldı. Tədbirin keçirilməsində məqsəd yubilyarın örnək olacaq həyat hekayəsindən yararlanmaq, məqsəd və amal uğrunda keçilməyəcək hər hansı bir səddin maneə ola bilməyəcəyi anlamının dəstəklənməsi idi.