Mütaliəyə marağımız var

Şagirdlərdə oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı 3 dekabr 2019-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin kitabxanasında sinifdənxaric oxu üzrə Eleanor Porterin “Polyanna” əsərinin müzakirəsi aparıldı. Məqsəd şagirdlərdə bədii əsərlərin mütaliəsinə maraq oyatmaq, bu əsərlərin köməyi ilə həyatı dərk etmək, əxlaqi sifətlərə yiyələnməkdir.