“Mənim sevimli ev heyvanım”

Noyabrın 30-u “Dünya ev heyvanları” günüdür. Bu günü bir çox ölkələr “Bizim dördayaqlı dostlarımız” başlığı altında qeyd edir. 

Bu ideyanın həyata keçirilməsi ilk dəfə 1931-ci ildə Florensiyada Beynəlxalq Mühafizə Hərəkatı təşkilatı tərəfindən irəli sürülmüşdür. O vaxtdan ev heyvanlarına həsr olunan bu bayram onlara qarşı məsuliyyətli olmağı xatırladır.

Noyabrın 30-da 2018-ci il tarixində Bakı şəhəri 5 nömrəli məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı altında “My Pet”  - “Mənim sevimli ev heyvanım” başlığı altında video çarxlar nümayiş etdirildi.

Tədbirin məqsədi  şagirdləri heyvanlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi