“Azərbaycan xanımlarının baş tacı”

Hər bir xalqın geyim tərzində onun milli ruhu,dünyagörüşü,düşüncəsi tərənnüm olunur. Azərbaycan xalqının xanımlara məxsus baş örtüyü kəlağayı da belə geyimlərdəndir.
26 noyabr “Kəlağayı günü” ilə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Azərbaycan xanımlarının baş tacı” adlı sərgi keçirildi.
Şagirdlər öz rəsmlərində kəlağayıda əks olunan naxışlardan,onların dərin mənasından bəhs etdilər. Uşaqlar bir daha anladılar ki, kəlağatı tariximiz, mədəniyyətimiz və yaraşığımızdır.