“Meşə möcüzəsi”-səhnələşdirilmiş tamaşa

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir.Məhz buna görə Azərbaycan Respublikası Təhsil nazirliyinin xətti ilə bir çox layihələr həyata keçirilir.Həmin layihələrdən biri də “Sağlamlığı təşviq edən məktəblər” layihəsidir.Bu layihə çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə bir çox istiqamətlərdə geniş maarifləndirici işlər həyata keçirilmişdir.Növbəti dəfə 28 noyabr 2018-ci il tarixində məktəbdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birgə “Meşə möcüzəsi” adlı səhnələşdirilmiş tamaşa həyata keçirildi.Tədbirdə şagirdlər ümumi gigiyena qaydaları,ətraf mühitin sağlamlığa təsiri,sağlam həyat tərzi ilə bağlı rəngarəng səhnələr həyata keçirdilər.Tədbirin sonunda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti İnara Makayeva iştirakçılara diplom və medallardan ibarət hədiyyələr payladı.