Fənn metodbirləşmələrinin iclası
Noyabrın 21-də Bakı şəhəri 5№-li tam orta məktəbdə fənn metodbirləşmə sədrlərinin seminar məşğələsi həyata keçirildi.Seminarı aparan məktəbin direktoru Nərminə Gündüzlü cari tədris ilində tədrisin inkşafı ilə bağlı fəaliyyət planında nəzərdə tutulan məqsədəyönlü istiqamətlərdən danışıb,şagirdlərin tədris nəaliyyətlərinin yüksəldilməsi ilə bağlı bir çox lazım olan məqamlara toxundu.Seminar boyu müəllimlər tədris prosesi ilə bağlı mühüm məsələləri müzakirə edib,təkliflər irəli sürərək,fəaliyyət planının həllində ən optimal yolların mümkünlüyünü irəli sürdülər.İşgüzar və əməkdaşlıq çərçivəsində keçən seminarda həmçinin fənn metodbirləşmələrinə məxsus sənədləşmə işinin qaydaya salınması da həyata keçirildi.