“Bayrağımız qürur mənbəyimizdir” – açıq dərslər

8 noyabr 2018-ci il tarixində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə ilk dərslər “Bayrağımız qürur mənbəyimizdir” mövzusuna həsr olundu. Açıq dərslərin məqsədi qədim və zəngin dövlətçilik tariximizin təbliğ olunmasıdır. Dərslərdə uşaqlar dövlət atributlarına, xüsusən də bayrağa aid bütün məlumatlarla tanış oldular. Tarixən vətənpərvər ruhda köklənən Azərbaycan gəncləri üç rəngli bayrağımıza böyük hörmət və yüksək ehtiram bəsləməktədir.