“Dalğalan, şanlı bayrağım”

“Bayraq qürur yerimiz,dövlət rəmzimiz, həm də milli kimliyimizdir. 9 noyabr- Bayraq günü ilə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirildi. Həmin tədbirlər çərçivəsində 6-7 noyabr 2018-ci il tarixlərində məktəbdə “Uca dalğalanan,Azərbaycan bayrağı” başlığı altında inşa, “Dövlət Bayrağı sarsılmazdır” - idman yarışı, “Bayraq bizim ürəyimiz, o, bizim dövlət rəmzimizdir!” adlı rəsm müsabiqəsi keçirildi. Keçirilən müsabiqələrdə  şagirdlər bir daha əmin oldular ki, Azərbaycan qədim  dövlətçilik tarixinə böyük hörmət və ehtiramla yanaşır. Türkçülük, islamçılıq və müasirliyimizin simvolu olan 3 rəngli bayrağımız hər zaman yüksəkdə dalğalanmağa layiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi