Maarifləndirici tədbir

5 noyabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşlarının 6-7- sinif şagirdləri ilə “Tullantıların idarə olunması” mövzusunda görüşü keçirildi. Görüşdə SOCAR-ın Ekologiya idarəsinin əməkdaşı Əbülfəz Allahverdiyev şagirdlərə ekoloji mədəniyyətin və ətraf mühitin qorunması haqqında geniş məlumat verdi.