“Ümumdünya şəhərlər günü”

31 oktyabr 2018-ci il tarixdə “Ümumdünya şəhərlər günü” ilə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Azərbaycanı və onun doğma şəhərlərini tanıyaq” başlığı altında təqdimat gecəsi keçirildi. Bu münasibətlə məktəbdə fəaliyyət göstərən “Kiçik Elmi Akademiya”nın üzvləri maraqlı təqdimatlar hazırlayaraq onu şagirdlərlə bölüşmüşlər. Təqdimatda Azərbaycanın şəhərləri haqqında məlumatlar şagirdlərin geniş marağına səbəb olmuşdur.