Qızıl payız

Oktyabrın 26-29-da Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 3-5 sinif şagirdlərinin iştirakı ilə keçirilən “Qızıl payız” adlı səhnəciklər valideyn və müəllimlərin böyük marağına səbəb oldu. Şagirdlərin ifasında payız fəslini tərənnüm edən mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçilərək, bir daha uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini aşılayaraq, onlarda bir çox müsbət bacarıqların yaranmasına xidmət etdi.