“Mehdi Hüseynzadə-100” silsilə tədbirlər keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirinin Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 17 iyul 2018-ci il tarixli 495 nömrəli əmrinin icrası,həmçinin məktəb üzrə təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq 24-26 oktyabr tarixlərində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş silsilə tədbirlər həyata keçirildi. “Qəhrəmanlar ölmürlər” inşa yazı, “Mehdi Hüseynzadə-100” adlı dəyirmi masa, təqdimatlarda Mehdi Hüseynzadənin həyatından, keçdiyi şərəfli ömür yolundan,ikinci dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan geniş şəkildə danışıldı.Tədbirlərdə şagirdlərə vətənə sevgi,torpağa məhəbbət,şücaətlilik,mərdlik hissləri aşılandı.