“Müstəqilliyimiz əbədidir!” adlı silsilə tədbirlər

18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilliyimizin 27-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirildi.İlk dərslər “Mənim Müstəqil Azərbaycanım” mövzusuna həsr olundu.Bu tarixi gündə şagirdlər “Mən vətənimi sevirəm”-esse yazılarında, “Azərbaycan dünən və bu gün” adlı təqdimatlarında mövzu ilə bağlı geniş fikir yürütdülər.
Daha sonra məktəb səhnəsində “Yaşa Müstəqil Azərbaycan” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər doğma vətənimizi tərənnüm edən şeir,rəqs və mahnılar ifa etdilər. Sonda şagirdlər müxtəlif nominasiyalar üzrə diplomlarla əldə etdikləri uğurlara görə məktəb rəhbərliyi tərəfindən təltif olundular Keçirilən tədbirlərin məqsədi şagirdlərdə milli dövlətçilik,onun müstəqilliyi və qürur hissinin inkişaf etdirilməsi idi.