Çörək zavoduna ekskursiya

Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Çörək insanın yaşaması, həyatın mövcudluğu üçün birinci şərtdir. Ən böyük andımız, alqışımız həmişə çörəklə bağlı olub. 16 oktyabr 2018-ci il tarixdə “Ümumdünya Çörək Günü”  ilə əlaqədar  Bakı şəhəri 5 N-li tam orta məktəbin bir qrup şagirdləri “Çörək “ zavoduna ekskursiya etdilər. Ekskursiya zamanı zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnalogiyası və avadanlıqlar haqqında geniş məlumat verdilər.Orada olan səliqəlilik və çeşidlərin müxtəlifliyi şagird və müəllimlərdə xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Sözsüz ki, bu cür ekskursiyalar şagirdlərin müxtəlif mövzulara yaradıcı yanaşmalarına kömək edir, biliklərinin dərinləşməsinə, tədqiqatçılıq qabiliyyətinin inkişaf etməsinə şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi