“Uşaqların gələcəyinə sərmayə”

Oktyabrın 11-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri Bakı Expo Mərkəzində “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən Beynəlxalq Təhsil Sərgisinə ekskursiya etdilər.
Şagirdlər sərgidə dünyanın 12 ölkəsindən 135 ali təhsil və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazandılar.