Köçəri quşlar haqqında nə bilirik

Oktyabrın 12-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbin  Biologiya müəllimlərinin təşkilatçılığı ilə “Köçəri quşlar günü” ilə əlaqədar olaraq “ Köçəri quşlar haqqında nə bilirik” başlığı altında təqdimat gecəsi keçirildi.

Təqdimat zamanı şagirdlər köçəri quşların necə və nə üçün köç etmələri, onların sərbəstliyi və təhlükəsizliyi haqqında maraqlı məlumatlar verdilər.  

Təqdimat gecəsində şagirdlər həmçinin Azərbaycanda  “Qızıl” kitaba düşmüş köçəri quşlar - “Ağ gözlü bülbül”, “Ağ leylək”, “Ətəkli şahin”, “Məxmər ördək”, “Turac” və s. haqqında da danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi