Sağlamlığı təşviq edən məktəb

Uşaqların sağlamlığının qorunması məsələsi dövrümüzün daim diqqət mərkəzindədir. Məhz buna görə də məktəblərdə bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə bir çox layihələr həyata keçirilir. Həmin layihələrdən biri də "Sağlamlığı təşviq edən məktəblər" layihəsidir. 

 

Bakı şəhəri 5 nömrəli tam orta məktəb artıq 2-ci tədris ilidir ki, bu layihə çərçivəsində bir çox istiqamətlərdə fəaliyyət həyata keçirib. Növbəti dəfə 9-10 oktyabr tarixlərində məktəbdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları- SHE layihəsinin koordinatoru həkim-metodist İnara Makayeva, Şəhla Mirzəzadə, Lətafət Dadaşova, Nuranə Məmmədli, Zümrüd Kazımova "Zərərli vərdişlər", "Kobud davranışlar", "Ekologiya və Sağlamlıq", "Gigiyena" mövzusunda görüş keçirildi. 

 

Əməkdaşlar öz növbəsində qeyd edilən məsələlərlə bağlı şagirdləri maraqlandıran sualları cavablandırdılar. Görüşün sonunda 6 və 7-ci sinif şagirdlərinə maarifləndirici buklet və kitabçalar paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi