“Beynəlxaq Poçt Günü” qeyd edildi

Dünyanın bir çox ölkələrində oktyabrın 9-u “Ümumdünya poçt günü” kimi qeyd olunur. Bu il Azərbaycan poçtu özünün 200-illik yubileyini qeyd edib. Bu əlamətdar tarixlə bağlı Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Azərbaycan poçtu müharibə illərində” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə “Mən ki, gözəl deyildim” Azərbaycan filmindən fraqmentlər izlənilib,şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi. Film ətrafında gedən müzakirələr zamanı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsindən də danışıldı. “Dəyirmi masa” müasir dövrdə poçtun növlərindən,həmçinin elektron poçt xidmətlərindən edilən söhbətlərlə başa çatdı.