“Beynəlxalq Ahıllar Günü”

1 oktyabr “Beynəlxalq Ahıllar günü” münasibətilə Bakı Şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri “Sizi sevirik, doğma insanlar” başlığı altında keçirilən aksiya çərçivəsində məktəb ərazisi yaxınlığında yerləşən parkda olmuş,orada dincələn yaşlı nəsli gül-çiçək dəstələri ilə təbrik etmiş,xatirə şəkillləri çəkdirmişlər.Aksiyanın nəticəsi olaraq, yaşlıların çöhrəsindəki təbəssüm gənc nəslə etdikləri bu gözəl əmələ görə təşəkkür simvolunu təcəssüm etdirdi.