Məktəbdə ilk dərs

17 sentyabr-Yeni tədris ilində 5 nömrəli tam orta məktəbdə ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”,V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”,X-XI siniflərdə “Azərbaycan Xalq Cumhuriyyəti-dövlətçiliyimizin bayraqdarı”mövzularına həsr olunub.Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik,milli mənəvi dəyərlər,müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üçrəngli bayrağı,gerbi və himni barədə ətraflı məlumat veriblər.Eyni zamanda yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən geniş söhbət açılıb.