Görüş

Mayın 20-də 5 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimlərinin yuxarı sinif şagirdləri ilə görüşü keçirildi. Şagirdlərə İqtisad Universiteti haqqında geniş məlumat verildi. Universitetdə artıq çoxlu sayda ixtisaslar üzrə ingillis, türk dillərində tədrisin olduğu vurğulandı. Universitetdə karyera mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin məşğulluq problemlərinin həll edilməsi tədbirlərinin həyata keçirilməsi olduğu deyildi.
Universitet kitabxanasının 24 saat ərzində tələbələrinin xidmətində olması da diqqətə çatdırıldı.