Maarifləndirici tədbir

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilməkdədir. Bu məqsədlə mayın  16-17- də 2018-ci il tarixində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının məktəbin 2-4 -cü sinif  şagirdləri ilə qida rasionunda hansı qidaların mütləq olması barədə və onun əhəmiyyəti mövzusunda görüşü keçirildi. Görüşdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti İnara Makayeva uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri haqqında danışdı. Görüşün digər qonağı  həkim- mütəxəssis Zümrüd Kazımova şagirdlərə məktəb dövründə və yeniyetmə yaşında uşaqlarda gedən aktiv inkişafdan və orqanizmin tələbatına uyğun qida rejiminin düzgün aparılmasının vacibliyini yollarını qeyd etdi. Əməkdaşlar tədbirin sonunda iştirakçılara maarifləndirici buklet və kitabçalar payladılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi