Məktəbdə görüş

Mayın 11-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup əməkdaşlarının məktəbin XI sinif şagirdləri ilə görüşü oldu. Görüşdə iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin mütəxəsisləri Əliyeva Elnarə, Fərəcullayeva Nigar və Rzayev Qoşqar turizm və menecment sahələrinə maraq göstərən və xarici dil biliklərinə malik olmaq istəyən şagirdlər ilə Azərbaycan Turizm və Menecment Universiteti haqqında geniş məlumatlar verdilər.