Cümhuriyyətin 100 illiyi

Mayın 11-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətininin 100 illik yubileyi ilə əlaqədar ingilis dili müəllimi Səadət Behbudovanın rəhbərliyi altında məktəbin yuxarı sinif şagirdləri “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətimizin varisidir” adlı ingilis dilində təqdimat gecəsi keçirildi. Təqdimatlarda 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olması, həmin tarixin Respublika günü kimi təntələ ilə qeyd edilməsi , yeni müstəqil Azərbaycan dövlətinin yaranması, Azərbaycan xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rol oynaması barədə geniş söhbətlər edildi.