Psixodiaqnostik test

Mayın 4-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbin psixoloqu Günay İmanovanın rəhbərliyi ilə “Temperamentin xarakteristikası” və “Diqqətin inkişaf diaqnostikası” adlı psixoloji test keçirildi.Test , qruplar halında 9-cu sinif şagirdləri arasında təşkil olundu.Testin məqsədi ,yeniyetmə yaş qrupuna malik şagirdlərin temperamment tipini müəyyən etmək və onların buraxılış imtahanı öncəsi diqqətinin mərkəzləşməsi,paylanmasının faiz etibarı ilə təyin edib onlara lazımi psixoloji məlumatları ötürməkdir.