Siqaret çəkməkdən imtina edək

Mayın 2-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar” mərkəzi tərəfindən yuxarı sinif şagirdləri ilə “Tütün məhsullarının insan orqanizminə zərəri” adlı seminar məşğələ keçirildi. Tədbirdə iştirak edən qonaqlar Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar” mərkəzinin həkim - metodisti Lətafət Dadaşova və İnarə Makayeva zərərli vərdişlərdən, sağlam həyat tərzi ilə bağlı şagirdlərlə maarifləndirici söhbətlər apardılar. Sonda Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar” mərkəzi tərəfindən zalda iştirak edən bütün şagirdlərə maarifləndirici bukletlər paylanıldı.