“26 il Xocalısız” adlı kitab sərgisi

    Xocalı soyqrımının 26-сi ildönümü ilə əlaqədar Bakı şəhəri 5№li tam orta məktəbin tədbirlər planına uyğun olaraq məktəb foyesində kitabxanaçılar K.Məmmədova və S.Allahverdiyevanın rəhbərliyi altında  şagird təşkilatçılığı ilə “26 il Xocalısız” adlı kitab sərgisi təşkil olundu.   Sərgidə  yer alan  Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə həqiqətləri əks etdirən kitablar şagirdlər və valideynlər  tərəfindən böyük maraqla qarşılandı.  Sərginin seyricilərə təqdim edən şagirdlər  XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verərək diqqətə çatdırdılar  ki, 26 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb,dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sərgidə şagirdlər seyricilərə  “Yaddaş vərəqələri” də paylamağı unutmadılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi