Gənc alimlərimizlə fəxr edirik!

16 fevral 2018-ci il tarixində Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə “Sabahın alimləri” VII Respublika müsabiqəsi keçirildi. 16 fevral tarixində keçirilən “Sabahın alimləri” VII Respublika müsabiqəsində 5 nömrəli tam orta məktəbin 10 ç sinif şagirdləri Əzəmət Bəhrəmova və Nüşabə Süleymanova “Tibb və sağlamlıq” sahəsində icad etdikləri termo-plasteri nümayiş etdilər. Müsabiqənin əsas məqsədi şagirdlərin texniki yaradıcılığa sövq etmək, onların müasir tədqiqat metodlarına yiyiələnməsini təmin etmək , onların bu sahədəki fəaliyyətlərini stimullaşdırmaqdan və eyni zamanda yaradıcılıq potensialı olan şagirdləri vaxtında aşkara çıxartmaqdan ibarət idi. Sabahın alimləri VII Respublika müsabiqəsində iştirak edən şagirdlərimizə xüsusi sertifikatlar təqdim edildi.