Maarifləndirici tədbir
13 may 2025-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkimləri İ.Makayeva, P.Quliyeva, T.Musayevin təşkilatçılığı altında məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə "Ətraf mühiyin qorunması", "Batareya tullantılarının utilizasiyası" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbri zamanı İctimai Səhiyyə və İslahatlar mərkəzinin əməkdaşları "Ətraf mühiyin qorunması", "Elektrik, elektron tullantılar", "Batareya tullantılarının utilizasiyası" mövzusunda geniş təqdimatlarla çıxış etdilər. Qeyd olundu ki, elektrik, elektron tullantıları uşaqların həyatı üçün, sağlamlığı üçün çox böyük risklər yaradır. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici materiallar təqdim edildi.