"Bəxtiyar Vahabzadə-100" - ədəbi-bədii gecə
30 aprel 2025-ci il tarixdə məktəbin ana dili və ədəbiyyat müəllimi S.Əsədovanın təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar "Bəxtiyar Vahabzadə-100" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə şagirdlər öz vətənini və xalqını sonsuz məhəbbətlə sevən ictimai-siyasi xadim, azadlıq aşiqi və həssas qəlbli şairin 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və 20 dən artıq irihəcmli poemanın müəllifi olduğunu geniş şəkildə qeyd etdilər. Tədbir boyunca şairin vətənpərvərlik simvolu şeirləri şagirdlərin ifasında səsləndirildi və mahnılar ifa olundu.